12 C
Baku
Wednesday, December 11, 2024

“BoA”: Qlobal iqtisadiyyatda dolların dominantlığı başa çatacaq

“Gec-tez qlobal iqtisadiyyatda dolların dominantlığı başa çatacaq”. Bunu “Bank of America Merrill Lynch” bankının Rusiya üzrə baş iqtisadçısı Vladimir Osakovski “Lenta.ru” portalına müsahibəsində bildirib.

“Tarixə nəzər salsaq görərik ki, qlobal iqtisadiyyatda funt sterlinqin dominantlığı olub. Lakin onu sıradan çıxardılar. Böyük ehtimalla, bu, dollarla da baş verəcək. Düşünürəm ki, təbii yolla qlobal iqtisadiyyatda ABŞ-ın payının azaldılması dolların dominantlığına son qoya bilər. Bu, faciə olarmı? İnanmıram. Lakin nə vaxtsa bunun şahidi olacağıq”, – deyə V.Osakovski qeyd edib.

ABŞ-da ciddi borc böhranının yaranma ehtimalına toxunan bankir bunu deyib. “ABŞ-ın 16-18 trln. dollarlıq borcu var. Yaponiyada bu göstərici 2 dəfə çoxdur. Lakin Yaponiya ABŞ qədər yada düşmür”.

İyulun 4-də Rusiyanın Birbaşa İnvestisiyalar Fondu və Çinin İnkişaf Bankı kapitalı 68 mlrd. yuan (10 mlrd. dollar) olan Rusiya-Çin Əməkdaşlıq Fondunun yaradılması haqqında razılığa gəlib. Yeni yaradılan fond hər iki ölkənin milli valyutasında birbaşa investisiyaların cəlbinə nail olmağı qarşısına məqsəd qoyub.

2016-cı ilin dekabr ayından isə Türkiyə Moskvaya dollardan imtina etməyi və qarşılıqlı ticarət dövriyyəsinin milli valyutalarda aparılmasını təklif edib.

Onu da qeyd edək ki, Rusiya və Vyetnam ticarət dövriyyəsinin milli valyutalarda aparılmasını müzakirə edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər