26 C
Baku
Saturday, July 27, 2024

“Boeing” 2 min işçini ixtisar edəcək

Amerikanın təyyarə istehsalçısı “Boeing” 2023-cü ildə təxminən 2 min işçini ixtisar etməyi planlaşdırır, bu barədə şirkətin baş kommunikasiya direktoru Mayk Fridman məlumat yayıb.

Onun sözlərinə görə, ixtisarlar ilk növbədə maliyyə və kadrlar şöbəsinə təsir edəcək. İşdən çıxarılan işçilərin öhdəliklərinin bir hissəsi Hindistanın “Tata Consulting Services” şirkətinə həvalə olunacaq.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Yanvarın 27-də “Boeing” 2023-cü ildə təxminən 10 min yeni işçi götürəcəyini demişdi ki, bu da keçən illə müqayisədə 40% azdır. Fevralın 6-sı Amerikanın “Dell” kompüter şirkəti də ixtisarlar elan edib. “Bloomberg” yazır ki, korporasiya 6650 işçini (işçi heyətinin 5%-i) ixtisar etməyi düşünür. Həmçinin yanvar ayında “Microsoft” da rübün sonuna qədər 10 min işçini ixtisar edəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər