“Boeing 777X” təyyarəsi birinci sınaquçuşunu müvəffəqiyyətlə qurtarıb.
TASS xəbər verir ki, uçuşun yayımı şirkətin saytında aparılıb.
Təyyarə Sietldə aeroportda yerə enib. Sınaq uçuşu Vaşinqton ştatında keçirilib və təxminən dörd saat davam edib.
“Boeing 777X”in birinci uçuşu bir neçə dəfə təxirə salınıb. Uçuş cümə axşamı və cümə gününə keçirilib. Uçuşa əlverişsiz hava şəraiti mane olub.
Report