28 C
Baku
Saturday, July 27, 2024

“Boeing” korporasiyası 737 Max ilə əlaqəli böhran fonunda baş direktorunu dəyişdi

Amerikan korporasiyasının direktorlar şurası, şirkəti 2015-ci ildən bəri idarə edən Dennis Mühlenburgun istefasını elan edib. Onun yerinə müvəqqəti olaraq “Boeing” in maliyyə direktoru Devid Kalhun təyin olunub.

Qeyd edildiyi kimi, bu qərar 737 Max təyyarələri ilə əlaqəli böhranın fonunda verilib və özündə şirkətə qarşı etimadın bərpa edilməsi məqsədini daşıyır. İnvestorlar bu xəbərlərə müsbət cavab veriblər: Nyu-York birjasında keçirilən hərraclarda “Boeing” in səhmləri 2,8% artıb.

Xatırladaq ki, idarəetmə sistemində olan nasazlıqlar səbəbindən 2019-cu ildə şirkətin Boeing 737 Max təyyarəsi iki dəfə qəzaya uğrayıb – Efiopiya və İndoneziyada. Dekabr ayında korporasiya bu təyyarə modelinin istehsalını dayandırmaq niyyətində olduğunu bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər