10 C
Baku
Wednesday, December 11, 2024

“Boeing” şirkəti pandemiya dövründə MAX təyyarələrinin çoxunu satıb

ABŞ-da və dünyanın digər regionlarında hava daşımalarına olan tələbatın sürətlə bərpa olunması “Boeing” aviakonserninə pandemiya dövründə tələbatın olmadığı təyyarələr üçün alıcılar tapmağa imkan verib.

Bu barədə” The Wall Street Journal” qəzeti məlumat yayıb.

Ekspertlər qeyd edirlər ki, beynəlxalq hava daşımaları hələ əvvəlki səviyyəyə çatmasa da, son aylarda ABŞ-da daxili hava daşımalarında artım hiss olunur. Daxili reyslərin yüklənməsi təxminən 84 % təşkil edir, hava limanlarında gündəlik sərnişin axını isə 2020-ci ilin martından indiyədək ilk dəfə olaraq 2 milyon nəfərə çatıb.

Aviaşirkətlər artan tələbata cavab verərək yeni reyslər əlavə edir və işçi ştatını genişləndirir, həmçinin təyyarə parklarını artırırlar.

Tələbatın olmadığı “Boeing MAX” təyyarələrini almış yerli şirkətlər arasında “United Airlines Holdings Inc.” və “Alaska Air Group Inc.” şirkətləri var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər