3 C
Baku
Saturday, December 14, 2024

“Boeing” təyyarələrinin sifarişləri əsrin əvvəlindən rekord səviyyəyə düşdü

“Boeing” korporasiyasının təyyarələrinin yeni sifarişləri və tədarük həcmi XXI əsrin əvvəlindən rekord səviyyəyə düşüb.

“Boeing” 2019-cu ildə cəmi 246 sifariş qəbul edib ki, bu da 2003-cü ildən bəri ən aşağı göstəricidir. “Boeing”in bu vəziyyətindən onun əsas rəqibi “Airbus” şirkəti yararlanaraq ötən il 768 təyyarə üçün sifariş qəbul edib. Bu, 2018-ci ilin göstəricisindən 21 təyyarə çoxdur.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada “Lion Air” aviaşirkətinə, ötən ilin mart ayında isə “Ethiopian Air” aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğramasından sonra ABŞ-da və bir çox ölkələrdə “Boeing 737 MAX” təyyarələrinin uçuşları dayandırılıb. Bu hadisələr “Boeing” laynerlərinə olan tələbin aşağı düşməsinin başlıca səbəbidir.

©APA

Son xəbərlər
Digər xəbərlər