13 C
Baku
Friday, April 19, 2024

“Boeing”in səhmləri sürətlə azalmaqdadır

Martın 10-da Efiopiyada “Boeing 737 MAX 8” markalı sərnişin təyyarəsinin qəzaya uğraması, ardınca aparıcı aviaşirkətlərin bu növ təyyarələrin istismarından imtina etməsi fonunda ABŞ-ın “Boeing” korporasiyasının bazar dəyəri sürətlə azalmaqdadır. 

 Ötən gün korporasiyanın səhmləri daha 24,6 ABŞ dolları və yaxud 6,15% ucuzlaşaraq 375,41 dollara düşüb. 

Halbuki ötən ayın sonuna qədər səhmlər sürətlə bahalaşırdı və martın 1-də qiymət pik həddə – 440,62 dollara çatmışdı. 

©Report

 

Son xəbərlər
Digər xəbərlər