Azərbaycan manatı yenidən ticarət tərəfdaşlarının milli valyutalarına qarşı bahalaşıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2022-ci ilin mart ayında manatın real effektiv məzənnəsi (REM) 119.55 bənd təşkil edib.
Manatın qeyri-neft sektoru üzrə REM-i 118.6 bənd təşkil edib.
Qeyd edək ki, Azərbaycan manatı ABŞ dollarına qarşı 2017-ci ilin martından sabit məzənnə ilə hərəkətsiz qalıb. USD/AZN cütlüyünün məzənnəsi 1.7000 səviyyəsindədir.
Buna görə də, manat ABŞ dolarının böhranda bahalaşma və ya ucuzlaşma istiqamətində mütənasib, yaxud korrelyasiya edir. ABŞ dollarının indeksi Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan qlobal inflyasiyaya görə, FED-in faiz artımına getməsi, və növbəti iclaslarda da artırması siqnallarını verməsi onun indeksini gücləndirib. 6 əsas rəqib valyuta qarşısındakı indeksi 100 bəndin üzərindədir.