7 C
Baku
Sunday, December 15, 2024

Böhran dövründə MBA almağın üstünlüyü nədədir?

Koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran və əmək bazarındakı qeyri-sabitlik şəraitində biznes məktəbdə təhsil almağa dəyərmi? Böhran dövründə MBA dərəcəsini almağın üstünlüklərinə nəzər yetirək.

Koronavirus pandemiyası fonunda hazırlanan proqnoz məyusedicidir, çünki qlobal iqtisadiyyat əmək bazarını və bütün biznes landşaftını sarsıdan ən ciddi tənəzzül yaşayır. Məhz buna görə də MBA və ya magistr təhsilinə sərmayəni gözəgələn prioritet saymaq olmaz.

Lakin dünya böhranı dövründə biznes məktəbini bitirənlər deyirlər: indi bacarıqları artırmağın, peşə mövqeyini gücləndirməyin və nəticədə fəlakətlərə dözmək qabiliyyətinin inkişaf etdirməyin vaxtıdır.

Nəhayət, niyə böhran vəziyyətində MBA təhsili almaq üstünlük sayılır? Bu suala cavab vermək üçün qlobal maliyyə böhranı zamanı təhsil almış MBA məzunlarının təcrübəsinə nəzər yetirək.

1. MBA işəgötürənin gözündə seçilməyə kömək edir

Mövcud iqtisadi vəziyyət karyera yolunun köklü şəkildə dəyişdirilməsi və ya peşəkarlıq pilləkənindən yüksəlməsi üçün uyğun deyil. Lakin buna baxmayaraq, biznes məktəbində oxumaq uzunmüddətli təsir bağışlayır.

2009-cu ildə Alliance Manchester Business School-da MBA alan Skott, məzun olduqdan sonra son dərəcədə dəyişkən iş bazarına daxil oldu. Tələbələrinin çoxunun özünə iş axtaran bir vaxtda şirkətlər işçiləri işə götürməkdən imtina edirdilər.

Boş iş yerləri yarananda Skott gələcək HSBC işəgötürəninin gözündə digər namizədlərdən seçilmiş olurdu. “Onlar işçilərin keyfiyyəti, o cümlədən təhsil və bilik səviyyəsinə qarşı çox diqqətli idilər”, – Skott bildirir.

Onun fikrincə, müvəqqəti iqtisadi böhran iş yerini dəyişmək üçün əlverişli vaxtdır.

“Bu rasionaldır: biznes məktəbini qurtardığınız zaman ixtisasınız daha yüksək olacaq, buna görə işəgötürmənin ikinci dalğasında daha cəlbedici namizəd olacaqsınız”.

Pandemiya və ya karantin müddətinə təsir etmək mümkün deyil. Lakin biznes-universitetinə daxil olmaq iqtisadiyyatın canlanmağa başladığı zaman “dəyərinizi” müəyyənləşdirəcəkdir.

2. Qabaqcıl bacarıqlar əldə etmək imkanı

Nəhayət, “ixtisas artımı” dedikdə, təkcə əsas iş fəaliyyəti deyil, eyni zamanda karantin şəraitində insanların vaxt ayıra biləcəyi hobbilər başa düşülür. Distant kursların sayının kəskin artması, bizə bunları nümayiş etdirir: insanlar təkmilləşməyə vaxt ayırırlar.

Executive MBA-2009 Imperial College Business School-un məzunu olan Odri bunun nə qədər vacib olduğunu çox yaxşı başa düşür. Məzun olduqdan bir neçə həftə sonra, Odri işini itirdi və iş bazarında olan vəziyyətlə üzləşdi.

Öz konsaltinq şirkətində işləməklə paralel olaraq, Odri gənclər üçün karyera təlimlərini keçirir. O, potensial MBA abituriyentlərinə öz profillərini öyrənməyi və “bacarıqlarını artırmaq” üçün lazım olan sahələrə diqqət yetirməyi tövsiyə edir.

“Əvvəla, onlara deyirəm: “Harada çətinlik çəkdiniz və nə üzərində daha çox düşünmək istəyirsiniz?”.

Onun sözlərinə görə, təhsilə qoyulan sərmayə uzunmüddətli perspektivdə özünü doğruldur.

person6

3. Faydalı tanışlıqlar şəbəkəsinin genişləndirilməsi

Yaradılmış əlaqələr həqiqətən karyera üçün faydalı ola bilər. Təsəvvür edin ki, həyatınızın çətin anlarında (məsələn, iş və ya investisiya axtarışında olduqda) etibar edə biləcəyiniz bir şey yetişdirə biləcəksiniz.

MBA məzunu Adam bunu təsdiq etməyə hazırdır: əlaqələr dəyişkən iş bazarında bəzən həlledici rol oynaya bilər.

O, diplomunu 2009-cu ildə almışdı və rastına çıxan ilk işə düzəlmək istəmirdi. Adam korporativ məsuliyyət sahəsində işləmək istəyirdi və onu bu vəzifəyə gətirə biləcək əlaqələri əzmlə toplayırdı.

“MBA mənə özünəgüvən və vacib tanışlıq şəbəkəsi yaratmağım üçün əlavə vaxt bəxş etdi. Bir il işsiz olduğum müddətdə sonra yüzlərlə (bəlkə də daha çox) insanla tanış oldum – korporativ məsuliyyət, konsultasiya, bərpa olunan enerji mənbələri kimi sahələrin mütəxəssisləri, startap əməkdaşları, qeyri-kommersiya və administrasiya nümayəndələri.

Şübhəsiz ki, bu əlaqələr onun üçün bir çox qapını açdı. İndi Adam Retail Industry Leaders Association-da tədqiqatlar, innovasiyalar və resurslardan səmərəli istifadə üzrə vitse-prezident vəzifəsini tutur.

person7

4. Karyera alternativlərini araşdırmaq imkanı

Çoxları maliyyə və ya konsaltinq şirkətlərində lider mövqe əldə etmək marağından çıxış edərək biznes məktəbinə qəbul olurlar. Lakin müəyyən anda korporasiyalar yeni işəgötürməni dayandırırlar və bu zaman alternativ yollar haqqında düşünmək lazım gəlir. Biznes təhsil bir sıra digər marşrutlara yol açır – məsələn, şəxsi biznes.

Said Business School-da (University of Oxford) MBA kursunu keçmiş Sezar xatırlayır: “Maliyyə böhranı dövründə korporasiyalar sanki yox olmağa başladı”.

“Yadımdadır, sənədlərimi bir çox şirkətə göndərdim, – Sezar söyləyir. – Məktub döndərəndən beş dəqiqə sonra onların mənim səviyyəli mütəxəssislərə ehtiyacı olmadığı barədə cavab alırdım: “Sənədlərinizi diqqətlə araşdırdıqdan sonra təəssüf edirəm ki, …”.

O başa düşdü ki, Avropanın qabaqcıl maliyyə təşkilatında işləmək arzusunu praktiki olaraq gerçəkləşdirmək mümkün olmayacaq. Sezar alternativ yollar axtarmağa başladı – enerji və vaxtını xərcləyə biləcəyi, əvəzinə gəlir və məmnuniyyət alacağı bir yer.

MBA təhsilini alarkən Sezar LinkedIn-in qurucusu Reyd Hoffman ilə görüşmüşdür və bu şəbəkəni investisiyalar sayəsində yarada bildiyini söylədi.

Kolumbiyaya qayıtdıqdan sonra Sezar T2M Capital-ı yaratdı – texnologiya şirkətlərinə investisiya qoyan vençur fond.

“Vəziyyət pis olduğu təqdirdə, yəqin ki, köklərə qayıtmaq və sizi həyəcanlandıran şeyləri axtarıb tapmaq lazımdır. Kiçik olsa da, ətrafınız və bütövlükdə cəmiyyət üçün mənalı bir şey yarada biləcəyinizi düşünmək”, – Sezar izah edir.

person8

5. Böhran dövründə idarəetməni öyrənmək

İndiki pandemiya bizə bir çox dərs verəcəkdir. Onlardan biri böhranlara (maliyyə və ya başqalarına) hazır olmaq və cavab vermək bacarığıdır. Dözümlülük əsas rol oynayır. Sahibkarlar bunu təsdiq edəcəklər: ilk dəfədən uğur qazana bilmədinsə, hər şey sənin xeyrinə olana qədər cəhd göstərmək lazımdır.

“İstədiyinizi dərhal ala bilmədinizsə, əhval-ruhiyyənizi pozmayın. İqtisadi vəziyyətin qeyri-sabit olduğu müddətdə arzu etdiyiniz vakansiyaya rast gələcəyinizə inanmayın”, – Adam israr edir.

Digər faydalı bacarıqlar sırasında hiyləgər olmaq və vəziyyətə uyğunlaşmaq bacarıqlarını da göstərmək olar. Sezar etiraf edir ki, onun məzun olduqdan sonra qurduğu karyera əvvəllər təsəvvür etdiyi kimi olmasa da, MBA yeni şəraitə uyğunlaşmağa kömək etdi.

“Bu kimi situasiyalar hər şeyi alt-üst edə bilər. Və bu halda ilk addım qəbul etmək və uyğunlaşmaqdır”.

6. Biznes təhsil uzunmüddətli investisiya kimi

Qeyd edək ki, hazırda biznes təhsil sahəsində sual altında qalan bir çox məsələlər var. Onlar sırasında sənəd qəbulunun başlama tarixi, tədrisin hansı formada keçiriləcəyi və s.

Lakin bir şeyi əminliklə söyləmək olar: biznes məktəb karyera boyunca sizə dividendlər gətirəcək – karantin rejimi bitdikdən və normal həyata qayıtdıqdan sonra.

Qeyri-müəyyənliyi minimuma endirmək üçün bildiyimiz faktların təsdiqini tapın. Biz nə bilirik? Biz bilirik ki, qısa, orta və uzunmüddətli perspektivdə menecment sahəsindəki təhsilə qoyduğumuz sərmayə özünü doğruldur. İqtisadiyyat sarsıdılıb, iş yerləri təhlükə altındadır və bu, bizim üçün çox vacib olan bir aspektə toxunur: karyeranızı necə qoruyursunuz. Məhz bu halda menecment sahəsindəki təhsilə qoyduğunuz sərmayə vacib rol oynamağa başlayır.

 

 

Son xəbərlər
Digər xəbərlər