21 C
Baku
Wednesday, May 1, 2024

Böhran: təhlükə və yaxud yeni imkan?

Böhranlar hər zaman bizimlədir. Onlar müxtəlif vəziyyətlərdə və formada qarşımıza çıxa bilər: münasibətlərdə, sağlamlıq və maliyyə məsələlərində və s.

Böhranın tərifi belədir: Böhran – şəxsi və yaxud ictimai planda şəxsiyyət, qrup və yaxud ümumilikdə cəmiyyət üçün qeyri-sabit və yaxud təhlükəli vəziyyətin olmasıdır. Adətən belə hesab edilir ki, böhran təhlükəsizlik, iqtisadiyyat, siyasət, cəmiyyət və yaxud ətraf mühit üçün mənfi dəyişikliklər ilə müşayiət olunur, xüsusən də gözlənilmədən yarandıqda.

Lakin böhranın dərk edilməsinin başqa bir variantı da var. Məsələn, çin dilində böhran sözünü ifadə edən anlayış eyni anda həm “təhlükə”, həm də “imkan” mənalarını daşıyır.

Şəxsi həyatda böhran sağlamlıq, maliyyə və digər səbəblərdən yaranan stress vəziyyətidir. Cəmiyyət kontekstində bu iqtisadi, siyasi və yaxud beynəlxalq problemlər ilə əlaqəli qeyri-sabit və təhlükəli vəziyyət deməkdir.

Təhlükə və yaxud imkan – böhrana münasibətimizi özümüz seçirik

Böhrandan yeni imkan olaraq istifadə etmək istəyirsinizsə 3 mərhələdən keçməli olacaqsınız:

1. Şok

“Nəyə görə mən? ətrafımdakı insanlar bunu mənimlə necə edə bilər? Həyat ədalətsizdir. Hər kəs mənə nifrət edir. Mən cəzalandırıldım. Günahkar mənəm”.

Bu suallar içərisində bataqlıqda olduğu kimi çabalıyırsınızsa bu zaman bir faktı anlamaq mütləqdir ki, bu cür davranış şəkli normal deyil və artıq böhran vəziyyətindəsiniz.

2. Qəbul etmə

Burada belə bir arqumentlər razılaşmalı olacağıq ki, baş vermiş bu böhran məhz olaraq indi bizim qarşımıza çıxmalı idi. Bu böhranın həyatın bizə təklif etdiyi ən əsas, ən yaxşı ideya olduğunu qəbul etməliyik. Üzləşdiyimiz böhranı beynimizdə necə dərk etdiyimizi və ondan yeni imkan qismində necə istifadə edə biləcəyimiz haqqında ideyaları müəyyən bəndlərə bölün.

3. Qərarın verilməsi və hərəkət planının yaradılması

Hərəkət istənilən böhrandan çıxışın əsasını təşkil edir. Hər gün hərəkət et, addımların çox kiçik olsa belə. Hətta bu qeyri-mümkün təsir bağışlasa da, hətta bundan daha yaxşı ola bilərdi deyə düşünürsünüzsə. Hərəkət – vəziyyəti dəyişməyə qadir olan gücdür!

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər