16 C
Baku
Monday, April 29, 2024

Böhran zamanı pullarla necə düzgün davranmaq lazımdır?

Ola bilsin, yığdığınız bütün pulları “itkidən” və dəyərsizləşmədən qorumaq üçün xərcləmək lazımdır deyə düşünürsünüz. Milli valyutanın ucuzlaşdığı, məhsulların bahalaşdığı, əmək haqqının isə endiyi bir vaxtda bizə elə gəlir ki, böhran zamanı bütün pullarımızı xərcləmək  bu an verə biləcəyimiz ən doğru qərardır. Bu doğrudanmı belədir?


Böhran yarandığı zaman bu yalnızca bizim maliyyə vəziyyətimizə deyil, sözün əsl mənasında beynimizə də təsir edir. Belə ki, beynimiz emosiyaların, stressin, mənfi gözləntilərin təzyiqi altında idarədən çıxır.

Psixoloqlar artıq uzun illərdir iddia edirlər ki, alış-veriş etmək insanı sakitləşdirir, psixika və iştaha yaxşı təsir edir. Pulu özünüzə xərcləyin! Biz pulları onları xərcləmək üçün qazanırıq. Lakin bu o demək deyil ki, düşünülməmiş və faydasız alış-verişə yol verməlisiniz.

Bəs yaranmış şərtlər daxilində pullarınızı əsas olaraq hansı istiqamətlərə yönəldə bilərsiniz:

Maliyyə ehtiyatının yaradılması: Bu “təhlükəsizlik yastığı” adlandırdığımız və gözlənilməz vəziyyətlərdə sizin və ailənizin köməyinə gələcək qənaət vəsaitləridir. Bu “təhlükəsizlik yastığı”ndan həmçinin əsas gəlir mənbəyinizi itirdikdə istifadə edə bilərsiniz.

Sərmayə yatırılması: Pullar işləməli və sahibinə yeni pullar gətirməlidir. Əks təqdirdə biz bütün həyatımız boyu pulların və işimizin “qulu” olaraq qalacağıq. İnvestisiya üçün isə bank depozitləri, istiqrazlar, qiymətli metallar, biznesdə pay, daşınmaz əmlakın icarəyə verilməsi və s.dən istifadə etmək olar.

Nəhəng alış-verişlər: Mənzil, avtomobil, bağ evi, səyahət, sağlamlıq xərcləri, təqaüd üçün yığımlar və s.

Həyatdan zövq almaq: Əyləncə, xobbi, əhvalınızı yüksəldən istənilən faydalı məşğuliyyət və s.

Maliyyə savadlılığının artırılması: Bu sizə şəxsi xərclərinizin qaydalarını yaratmağa imkan verəcək. Hansı sahəyə nə qədər pul xərcləyəcəyinizi, aylıq olaraq qənaət üçün nə qədər məbləğ ayıracağınızı dəqiq olaraq özünüz təyin edin!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər