21 C
Baku
Tuesday, May 21, 2024

“Boinq” tipli təyyarələrin ixtiraçısı – Uilyam Boinq

Uilyam Edvard Boinq (William Edward Boeing; 1881-1956-cı illər) təyyarə layihəçisi və Boeing (The Boeing Company). şirkətini təsis edən amerikalı bir sahibkar idi.

Boinq 1881-ci il, oktyabrın 1-i ABŞ-da Detroit şəhərində dünyaya gəlmişdi. Şeffeld elmi məktəbində və Yel Universitetində təhsil alsa da, 2 illik təhsildən sonra diplom almadan universiteti tərk etmişdi. 

Universiteti tərk etdikdən sonra, 1903-cü ildə Boinq Sietlə köçür və burada ağac emalı sənayesində biznes fəaliyyəti göstərir. 1908-ci ildə Boinq Los-Ancelesə gedərək təyyarəçilərin iclasında iştirak edir və bu hadisədən sonra onda aviasiyaya dərin maraq yaranır.

Bu dövrdə o aviasiya ilə yaxından maraqlanan Konrad Vesterveltlə tanış olur və tezliklə onlar yaxın dost və eyni zamanda şərik olurlar. Hər iki dost təyyarələrin dizaynı və düzəldilməsini öyrənirdilər və onların ortaq təyyarələri özünü çox gözlətmədi.

220px WEBoeing1929

1915-ci ildə Boinq və Vestervelt özlərinin ilk təyyarələrinin, növbəti il isə B&W adlı hidroplanın layihələrini inkişaf etdirirlər. 1916-cı il, 15 iyulda Uilyam Boinq öz şirkətini Pacific Aero Products adı ilə qeydiyyatdan keçirdi. Daha sonra bu ad Boeing Airplane Company adı ilə əvəz olundu və külli miqdarda hidroplan istehsalına başladı. Hərbçilərdən 50 ədəd hidroplan sifariş alan şirkət o dövr üçün çox yüksək məbləğ hesab olunan 100 000 dollar xərcləyərək bu sifarişi yerinə yetirdi.

1917-ci ildə şirkətin artıq 28 əməkdaşı var idi. Bunların sırasında pilotlar, layihə mühəndisləri, dülgərlər və dərzilər var idi və onlar öz əməklərinə qarşılıq layiqli əmək haqqı alırdılar. Boinq dəfələrlə öz işçilərinin əmək haqqlarını öz hesabına ödəmişdi. Şirkətin əməkdaşları sırasında dülgər və dərzilər əsas işçilər hesab olunurdular. Buna səbəb isə təyyarələrin taxtadan hazırlanması idi və təyyarələrin qanadları qalın parçadan tikilirdi.

Artıq bir ildən sonra şirkətin əməkdaşlarının sayı 300-dən çox idi. Bu zaman Birinci Dünya Müharibəsi davam edirdi və bu müharibələr zamanı Boeing şirkətinin hidroplanlarından geniş istifadə olunurdu. Hərbi sifarişlərin bir çoxu məhz bu dövrə aiddir.

Crissey9800

Boinq uzun müddət şirkətə rəhbərlik etdi. Son illərdə o işdən uzaqlaşaraq yalnızca atçılıqla məşğul olurdu. 1956-cı il 28 sentyabrda isə o vəfat etdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər