8 C
Baku
Thursday, December 12, 2024

BOKT “Azmikroinvest”in zərəri böyüyüb

Bank Olmayan Kredit Təşkilatı “Azmikroinvest” MMC 2023-cü ili də zərərlə tamamladığı məlum olub. Hesabat ilində kredit təşkilatı 32 min manat zərər edib. 2022-ci ildə onun zərəri 12 min manat idi.

Banker.az xəbər verir ki, ötən il BOKT-nin cəmi faiz gəlirləri 123 min manat olmaqla öncəki ildən 31 faiz az olub. Bu, bazar iştirakçıları ilə müqayisədə əksəriyyəti ilə əks trenddə dayanması deməkdir. Hazırda ölkənin qeyri-bank kredit təşkilatlarının bir çoxunda faiz gəlirləri öncəki illə müqayisədə 2023-cü ildə daha uğurludur.

BOKT-də geriləmə həmçinin onun balansında da müşahidə edilib. Belə ki, “Azmikroinvest”in aktivlərinin həcmi 1 mln. 585 min manatdan 1 mln. 270 min manata düşüb. Bununla belə, müştərilərə verdiyi kreditlərin həcmi 860 min manatdan 1 mln. 134 min manata yüksəlib.

Balansındakı yığılmış zərərin həcmi 32 min manat olaraq qiymətləndirilir. Nizamnamə kapitalı hesabat müddətində 411 min manat geri çəkilib.

Hesabat müddətində həmçinin “Azmikroinvest” MMC-nin sahibi dəyişdirilib. 1 mln. 239 min manat nizamnamə kapitalı olan BOKT-nin səhmləri Aysel Quliyeva Qüdrət qızı tərəfindən satın alınıb və onun bu əməliyyatdan sonra BOKT-dəki payı 100 faiz olub.

Buna qədər 100% pay ilə İlqar Əhmədzadə adlı Azərbaycan vətəndaşına məxsus idi.

 

Son xəbərlər
Digər xəbərlər