16 C
Baku
Monday, April 29, 2024

“BOKT Embafinans”ın xərcləri artıb

Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC 2022-ci lin 9 ayını 2 milyon 709 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövründə BOKT-un mənfəəti 2 milyon 529 min manat olub ki, bu da illik müqayisədə 7% artım deməkdir.

Banker.az bu barədə BOKT-un hesabatına istinadən xəbər verir.

Yanvar-sentyabr aylarında “Embafinans” BOKT-un faiz gəlirləri 6 milyon 372 min manat (əvvəlki ilə nisbətən 10% çox), faiz xərcləri 1 milyon 402 min manat (əvvəlki il nisbətən 6% çox) olub. Haqq və komissiya gəlirləri 4% azalaraq 1 milyon 312 min manat, haqq və komissiya xərcləri isə 35% artaraq 484 min manata çatıb. 2022-ci ilin 9 ayında BOKT 677 min manat mənfəət vergisi ödəyib. Ötən il isə bu göstərici 632 min manat idi.

Bu ilin oktyabr ayının 1-nə BOKT-un cəmi aktivləri 41 milyon 657 min manatdır ki, 2021-ci ilin müvafiq dövrünə nisbətən 5% çoxdur. “Embafinans”ın kredit portfeli 24% artaraq 37 milyon 627 min manat, məcmu kapitalı isə 6% azalaraq 15 milyon 762 min manata düşüb.

Xatırladaq ki, “Embafinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Milli Məclisin üzvü Məşhur Məmmədova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər