6 C
Baku
Sunday, December 15, 2024

BOKT “Finans Kredit” ötən il mənfəət əldə edib

BOKT “Finans Kredit” MMC 2023-cü ildəki faiz gəlirləri öncəki ildən yuxarı olub və bu onun xalis mənfəətinin artımına səbəb olub.

Banker.az xəbər verir ki, BOKT hesabat müddətində 709 min manat faiz gəliri əldə etməklə, 2022-ci ildəki göstərici olan 288 min manatdan 2.5 dəfə faiz çoxdur.

Bu da öz növbəsində BOKT-nin xalis mənfəətinin artmasına səbəb olub. 2022-ci ildəki 40 min manat xalis mənfəət 2023-cü ildə 212 min manat olub.

BOKT “Finans Kredit” 2023-cü ildə aktivlərini də artıb. Belə ki, hesabat ili ərzində kredit portfeli 33 faiz artımla 2.75 mln. manata qalxıb. Kredit portfeli aktivləri və onun fəaliyyətinin əsasıdır. Bu da aktivlərin 2.49 mln. manatdan 3.13 mln.  manata qalxmasına səbəb olub.

21 1 45454435345435345

Son xəbərlər
Digər xəbərlər