27 C
Baku
Saturday, April 27, 2024

BOKT “Kredex” QSC daha da böyüyüb

BOKT “Kredex” QSC 2021-ci ildə maliyyə göstəricilərini bir qədər də yaxşılaşdırmaqla, ili 420 min manat xalis mənfəərlə tamamlayıb.

Banker.az bu barədə BOKT-ın audit hesabatına istinadən xəbər verir.

2021-ci ildə BOKT-ın faiz gəlirləri illik müqayisədə 2.2 dəfə artımla 976 min manat olub. BOKT-un faiz xərcləri 159 min manat, qeyri-faiz gəlirləri 86 min manat, qeyri-faiz xərcləri 393 min manat təşkil edib.

Bununla da kredit təşkilatının mənfəəti 510 min manata çatıb. BOKT mənfəət vergisindən 90 min manat dövlətə vergi ödəyib.

Bu il yanvarın 1-nə BOKT-ın aktivləri 4.3 mln. manat olub ki, bu da 1 il əvvələ nisbətən 81% çoxdur. Bunun 4.2 mln. manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-ın kredit portfeli 85% artıb.

Hesabat dövründə BOKT-ın öhdəlikləri 70% artaraq 3.7 mln. manata, balans kapitalı isə 3 dəfəyə yaxın artaraq 647 min manata çatıb.

Xatırladaq ki, BOKT “Kredex”QSC 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.

Audit hesabatın tam versiyasını 2021-ci il üzrə2020-ci il üzrə yükələyə bilərsiniz.

21232323423424234 231233312312123

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər