10 C
Baku
Tuesday, January 31, 2023

BOKT maliyyə göstəricilərini açıqladı

“Omni Finance” MMC BOKT – nun 2014-cü ildəki fəaliyyəti üzrə həyata keçirilən audit yoxlaması başa çatıb.

BOKT- dan Banker.az saytına daxil olan məlumata əsasən, “Smart Audit” MMC- in apardığı audit yoxlamasına əsasən keçən ilin cari dövrü ərzində Bank Olmayan Kredit Təşkilatının (BOKT) kredit portfeli və müştərilərinin sayı ötən illə müqayisədə 51% azalıb.

Ötən maliyyə ilinin sonuna cəmiyyətin aktivləri 35% azalaraq, 366 853 AZN, öhdəliklərin cəmi isə 227 702 AZN təşkil edib.

Ümumi kredit portfeli azalaraq – 307 902 AZN olub. BOKT-nun ötən maliyyə ilinin sonuna
kredit portfelinin 87% hissəsi istehlak kreditləri, 3% hissəsi korporativ kreditlər, 8% hissəsi
ticarət və xidmət sektoruna yönəldilmiş kreditlər, 2% hissəsi avtomobil kreditləri təşkil edir.

Qeyd edək ki, “Omni Finance” MMC BOKT “Mikromaliyyə” adı altında fəaliyyətə başlayıb. 28 sentyabr 2009-cu ildən isə “Omni Finance” MMC BOKT adı altında fəaliyyətini davam etdirib.

Son xəbərlər
Digər xəbərlər
X