2 C
Baku
Saturday, December 14, 2024

BOKT Pro Kredit fond birjası vasitəsi ilə vəsait cəlb edir

21 fevral tarixində həyata keçirilmiş devalvasiyadan sonra ilk dəfə olaraq bank olmayan kredit təşkilatı (BOKT) manatla vəsait cəlb etmək istəyir.

 “Bakı Fond birjası”-nın verdiyi məlumata görə, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi AZ2001019580 ISIN-kodu ilə Pro Kredit təşkilatının faizli təminatsız istiqrazlarının emissiyasını qeydə almışdır. Bununla əlaqədar olaraq, BOKT bazardan 400 min manat cəlb etmək hüququ əldə etdi. Belə ki, 730 gün müddətinə nominalı  min manat olan 400 istiqraz buraxılmışdır. Bu istiqrazların gəlirliliyi 12% təşkil edir. Gəlir üzrə ödəniş isə rüblük olacaq.

BOKT-un qiymətli kağızlarının yerləşdirilməsi üzrə anderrayter qismində isə Chelsea Capital çıxış edəcək.

Son xəbərlər
Digər xəbərlər