BOKT “Qafqaz-Kredit” MMC 2023-cü ildə xalis mənfəəti öncəki ildən 18 faiz zəif olub.
Banker.az bunu BOKT-nin audit olunmamış maliyyə hesabatına istinad edir.
Hesabata əsasən, BOKT 2023-cü ilin birinci rübündə 75 min manat xalis mənfəət əldə edib. Bu 2022-ci ildə 91 min idi.
Xalis mənfəətin düşməsinə səbəb onun faiz gəlirlərinin 7 faiz azalaraq 235 min manat təşkil edib.
Bu xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəət 255 min manat olub.
“Qafqaz-Kredit”in aktivləri 0.1 faiz artaraq 1 mln. 178 min manat olub. Bunun da 1 mln. 8 min manatı müştərilərə verilən kreditləridir.
Xatırladaq ki, BOKT “Qafqaz-Kredit” MMC 2002-ci ildə yaradılıb və 592 min manat nizamnamə kapitalı var. BOKT-nin səhmdarı 33.3 faizi Arif Qurbanov, 33.4 faizi Xalisə Əminova və 33.3 faizi Züleyxa Rəsulovaya məxsusdur.