Bank Olmayan Kredit Təşkilatı “Azəri Star Mikromaliyyə” MMC hüquqi ünvanını dəyişib.
Banker.az-ın əldə etdiyi məlumata görə, BOKT bundan sonra AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov, ev 10G ünvanında rəsmi olaraq qeydiyyatda olacaq.
Qeyd edək ki, buna qədər Bərdənin Qaradağlı kəndində fəaliyyət göstərirdi.
BOKT 2003-cü ildə yaradılıb və 610 min manat nizamnamə kapitalı var.