29 sentyabr 2023-cü il tarixində saat 11:00-da təkrar hərraca çıxarılan “AqrarKredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, hərraca 9 nəqliyyat vasitəsi çıxarılıb.
Siyahıda qeyd olunmuş nəqliyyat vasitələri 2-ci dəfə 10% qiyməti aşağı salınmaqla hərraca çıxır.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
– Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
– Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
– Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
– “AqrarKredit” QSC BOKT-un hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Sıra № | Balanssaxlayıcı müəssisənin adı | Əlaqəli şəxs | Nəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) |
1 | “AqrarKredit” QSC BOKT | Seyidov Şahin 0502359990 | Audi Q7 | 2008 | 16966.58 | 1696.7 |
2 | “AqrarKredit” QSC BOKT | Seyidov Şahin 0502359990 | Volkswagen Amarok | 2013 | 24126.78 | 2412.7 |
3 | “AqrarKredit” QSC BOKT | Seyidov Şahin 0502359990 | Dodge Durango | 2012 | 25722 | 2572.2 |
4 | “AqrarKredit” QSC BOKT | Seyidov Şahin 0502359990 | Jeep Compass | 2011 | 11450.7 | 1145.1 |
5 | “AqrarKredit” QSC BOKT | Seyidov Şahin 0502359990 | BMW X6 | 2010 | 33000.98 | 3300.1 |
6 | “AqrarKredit” QSC BOKT | Seyidov Şahin 0502359990 | Ford Explorer | 2010 | 17637.75 | 1763.8 |
7 | “AqrarKredit” QSC BOKT | Seyidov Şahin 0502359990 | Jeep Cherokee Sport | 2011 | 12309.75 | 1231.0 |
8 | “AqrarKredit” QSC BOKT | Seyidov Şahin 0502359990 | Hyundai Santafe | 2009 | 18886.05 | 1888.6 |
9 | “AqrarKredit” QSC BOKT | Seyidov Şahin 0502359990 | Hyundai İX35 | 2011 | 19198.8 | 1919.9 |