Azərbaycanda 9 şirkət ləğv edilir.
Banker.az xəbər verir ki, “Bakı Ayaqqabı” MMC, “Azərtütün” MMC, “Mingəçevir İzolit” MMC, “Şəki Heyvandarlıq” MMC, “Şəki Kərpic İstehsalı” MMC, “Şəki İpək İstehsalı” MMC, “Şəki Ət və Süd Məhsulları” MMC, “Azərşüşətara” MMC və Azərpambıq ASC ləğv olunduqlarını elan edirlər.
Kreditorlar iki ay ərzində tələblərini Az1006 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 125 ünvanına bildirə bilərlər.
Bildirək ki, bu şirkətlər “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borc müqabilində girov qoyulmuş əmlakı idarə etmək üçün 2017-ci ildə yaradılıb.