Boliviya Qəzza zolağındakı hərəkətlərinə görə İsraillə diplomatik əlaqələri kəsir. Bu barədə ölkənin xarici işlər nazirinin müavini Freddi Maman məlumat verib.
Nazir müavininin sözlərinə görə, Boliviya İsrailin Qəzza zolağında aqressiv hərəkətlərini pisləyir və bunu beynəlxalq səviyyədə sülh və sabitliyə təhdid adlandırır.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu elan edib.