10 C
Baku
Thursday, December 12, 2024

Bolkart-dan möhtəşəm yeniliklər!

®Ölkənin aparıcı banklarından olan Bank of Baku, alış-verişi sevən Bolkartlılar üçün üçün şərtlərini yenilədi və daha sərfəli etdi. 

Belə ki, indi Bolkart kredit kartı sahiblərini aşağıdakı üstünlüklər və yeniliklər gözləyir: 

  • 100% NAĞDLAŞDIRMA:

Müştərilərinin ehtiyaclarını düşünən Bank of Baku, bütün növ Bolkart kredit kartları üzrə NAĞDLAŞDIRMA LİMİTİNİ 100% ETDİ. Yəni, Bolkart kredit kart sahibləri kart balansının 100%-ni nağdlaşdıra biləcəklər.

  • 60 GÜNƏDƏK GÜZƏŞT MÜDDƏTİ:

Bank, müştərilərinin sevdiyi üstünlüklərdən biri olan güzəşt müddətini 45 gündən 60 günə qaldırdı. Belə ki, indi Bolkart kredit kart sahibləri istifadə etdikləri məbləği 60 günədək faizsiz ödəyə biləcəklər.

  • 30.000 AZN-dək kart limiti:

Bol-bol alış-veriş etmək istəyən müştərilər üçün Bolkart kredit kartı üzrə maksimal məbləğ limiti 30.000 AZN-dək artırılmışdır

Belə ki, müştərilər Bolkart klassik kredit kartını 10.000 AZN-dək, Bolkart Gold kartını 15.000 AZN-dək, Bolkart Diamond kartını isə 30.000 AZN-dək limitlə əldə edə bilərlər.

  • İllik xidmət haqqı – 0 AZN:

Bank of Baku Bolkart kredit kartları üzrə illik xidmət haqqını da ləğv etdi. Belə ki, Bolkart kredit kartı əldə edən müştərilər, kartın illik xidmət haqqından azad olunaraq kartı pulsuz əldə edəcəklər.

Qeyd edək ki, Bolkart Gold və Bolkart Diamond kredit kartlarını sadəcə kartın dəyərini birdəfəlik ödəyərək, illik xidmət haqqı olmadan əldə edə bilərlər.  

Bolkart kredit kartlarının üstünlükləri bununla bitmir. Bolkartla alış-veriş edən müştərilər xərclədikləri və nağdlaşdırdıqları məbləği 24 ayadək hissə-hissə ödəyə bilərlər. Üstəlik, hər ödənişdə KEŞBEK qazanacaqlar.

Belə sərfəli şərtlər və möhtəşəm üstünlüklərə sahib Bolkart kredit kartını əldə etmək istəyənlər bankın istənilən filialına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, “WhatsApp-dan-(+99450)447-00-55 müraciət edə və ya onlayn kart sifarişi (http://bolkart.az/az/card-order) bölməsindən sifariş yerləşdirə bilər. 

Bolkartın yenilikləri və ya kampaniyaları haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkartın rəsmi veb səhifəsinə – www.bolkart.az və ya rəsmi Facebook səhifəsinə – www.facebook.com/Bolkart/  daxil olaraq tanış olmaq olar. 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bolkart.az

www.facebook.com/Bolkart 

Son xəbərlər
Digər xəbərlər