19 C
Baku
Sunday, May 19, 2024

“BolMart” mağazasında nöqsanlar aşkarlandı

14 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 6, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı nöqsan aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Həyat” market Nizami rayonu, Nəsimi küç., 2520-2521-ci məhəllə Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2 “Tac” market Cəlilabad şəhəri, M.Hüseyn küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3 Vəliyev Ülvi Mübariz oğluna məxsus market Cəlilabad şəhəri, M.Hüseyn küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4 “Topdan” market Oğuz rayonu, Padar kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
5 “BolMart” mağazası Şirvan şəhəri, F.Xoyski küçəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
İctimai iaşə müəssisələri
6 “Diesel” pub Nəsimi rayonu, A.Məhərrəmov küç., ev 22A 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
7 “Bəyaz” restoranı Nərimanov rayonu, X.Şuşinski küç., ev 76 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
8 “Neptun” yeməkxanası Gəncə şəhəri, H.Əliyev prospekti 149 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
9 “Yaşıl Bağ” kafesi Samux rayonu, Samux şəhəri Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10 “Məhsul Arena” kafesi Tovuz rayonu,

Düz Cırdaxan kəndi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
11 “Çinar” restoranı Tovuz rayonu, Bozalqanlı kəndi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
Son xəbərlər
 ⁠
Digər xəbərlər