10 C
Baku
Friday, December 13, 2024

Bolqarıstan hökuməti istefa verib

Bolqarıstanın baş naziri Nikolay Denkov hökumətin istefa məktubunu parlament ofisinə təqdim edib.

Bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Nikolay Denkovun istefası Xalq Assambleyasının ofisinə təqdim edilib”, – məlumatda deyilir.

Baş nazir bildirib ki, istefa mühüm mövzular üzrə danışıqlara dəvətdir, lakin hələlik hökumət öz işini davam etdirir. O, Bolqarıstanın obyektiv prokuror və hakimlərə, eləcə də islahatlara ehtiyacı olduğunu vurğulayıb.

“Baş nazir vəzifəsindən istefamı təqdim edirəm, bəyanat parlamentə təqdim olunub, bu siyasi oyun deyil, bu, 6 iyun 2023-cü il tarixli bəyanata uyğun gələn mövqedir”.

Denkov ötən il iyunun 6-da baş nazir seçilib və razılaşmalara uyğun olaraq, martın 6-da hökumətin istefası barədə bəyanatı parlamentə təqdim etməlidir.

Bir sıra məcburi prosedurlardan sonra onun səlahiyyətləri baş nazirin müavini və xarici işlər naziri Mariya Qabrielə keçməlidir.

Son xəbərlər
Digər xəbərlər