5 C
Baku
Wednesday, February 21, 2024

Bolqarıstan iyul ayından Azərbaycan qazını tam həcmdə qəbul edə biləcək

Çox güman ki, bu ilin iyul ayından Bolqarıstan Azərbaycan qazını tam həcmdə qəbul edəcək.

Bu barədə neft-qaz bazarındakı məlumatlı mənbədən bildirilib.

Bolqarıstan tərəfinin müqavilədə nəzərdə tutulmuş Azərbaycan qazını ölkəsinə 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria – IGB) vasitəsilə alacağı sualına gəlincə, mənbə bildirib ki, ya bu kəmərlə olacaq, ya da ki, başqa alternativ variantlarla.

Mənbə onu da əlavə edib ki, böyük ehtimalla, iyul ayında IGB Azərbaycan qazının nəqli üçün hazır olmayacaq.

IGB istifadə üçün hazır olmadığı halda nəql həcmlərinin necə artırılacağı sualına cavab verən mənbə qeyd edib ki, bu məsələ danışıqlar mövzusudur.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir, bu da nəqletmə həcmlərini məhdudlaşdırır (Bolqarıstan müqavilə çərçivəsində nəzərdə tutulmuş qaz həcmlərini qəbul edə bilmir – red.).

IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.

Qeyd edək ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər