18 C
Baku
Thursday, April 25, 2024

Bolqarıstan və Serbiya arasında qaz kəmərinin çəkilişinə başlanacaq

Bolqarıstan və Serbiya arasında qaz kəmərinin çəkilişinə başlanılacaq.

Bu barədə “Bulgarian National Radio” Bolqarıstan liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Bolqarıstan prezidenti Rumen Radev və onun serbiyalı həmkarı Aleksandar Vuçiç fevralı 1-də iki ölkə arasında qaz kəmərinin çəkilişinə başlanmasına həsr olunan mərasimdə iştirak edəcək.

Qaz kəmərinin çəkilişi işlərinin təntənəli açılış mərasimi Bolqarıstan ərazisində baş tutacaq və hər iki ölkə liderləri ilə yanaşı, milli energetika nazirləri, həmçinin bir sıra məsul şəxslər iştirak edəcək.

Mərasimdən əvvəl Bolqarıstan və Serbiya rəhbərlərinin ikitərəfli görüşü keçiriləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər