7 C
Baku
Thursday, December 12, 2024

“Bolt Financial” fintex-şirkəti “Wyre Payments”i 1.5 mlrd. dollara alır

Amerikanın “Bolt Financial” fintex-şirkəti qərargahı San-Fransiskoda olan “Wyre” kriptovalyuta startapını 1.5 milyard dollara alır.

Banker.az xəbər verir ki, bu, kriptovalyuta bazarındakı ən böyük birləşmə olub.

Qeyd edək ki, keçən il şirkətlərin kriptovalyutalarla bağlı əməliyyatlarının ümumi həcmi rekord həddə çataraq 4.9 milyard dollar təşkil edib. 2022-ci ilin birinci rübündə “Bolt” və “Wyre” arasındakı müqaviləni nəzərə almasaq, 1.25 milyard dollarlıq sövdələşmə başlanıb.

“WSJ” qeyd edir ki, 2021-ci ildə kriptovalyuta bazarı yeni investorların sayının artması sayəsində kəskin böyüyüb. “CoinMarketCap”ın məlumatlarına əsasən, ötən il kriptovalyutaların ümumi dəyəri üç dəfədən çox artaraq 3 trilyon dollara çatıb.

“Bolt Financial” şirkəti San-Fransiskoda 2014-cü ildə yaradılıb və onlayn ödənişlərlə məşğul olur. “Crunchbase”in məlumatına görə, şirkət 1.3 milyard dollar investisiya cəlb edib və onun dəyəri 11 milyard dollara çatıb.

“Wyre” startapı da San-Fransiskoda yerləşir. O, banklar və kriptocüzdanlar arasında milli valyutaların kriptovalyutalara çevrilməsi xidmətini göstərir. Startap ABŞ-ın 27 ştatında pul köçürmələrini həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər