13 C
Baku
Monday, May 6, 2024

Borcları ödəmədən rahat yatmaq olurmu?

Borclar ancaq cibə deyil, səhhətinizə də ziyandır.  Creditcards.com Amerika portalı stresslə mübarizədə və kreditlərin sizin rahatlığıınızı pozmaması üçün dörd sadə üsul təklif edir.

ABŞ-da istehlak borclarının həcmi azalır, belə ki, bu ilin iyulunda bu göstərici 1,8% azalmışdır. Lakin amerikalılardan hələ də ödənilməmiş 2,42 trln. dollar istehlakçı kreditləri “asılıb” qalıb (bura ipoteka borcları daxil deyil). Beləliklə, ABŞ-ın hər bir 18 yaşdan yuxarı sakininin üzərinə 10 413 dollar borc düşür. “Borclarla problemlər yuxusuzluq, həddindən artıq qidalanma yaxud əksinə, iştahanın olmamasına, qan təzyiqinin artmasına və diqqətin bir yerə toplanması ilə çətinliyə gətirə bilər”, – psixoloq və stress üzrə mütəxəssis Elizabet Karll belə deyir.  Onun sözlərinə görə, emosional yüklənmə ümumi səhhəti çox güclü poza və borcların ödəyə bilməsi mümkün olmadığından, intihar ediləcək depressiyaya kimi gətirə bilər.

Lakin yaxşı xəbərlər də var: siz borclarınızın öhdəsindən gələnəcən, sizin sağlam qalmağınıza kömək edə biləcək həyat strategiyaları mövcuddur.

1. Özünüzə qarşı düzgün olun

İbtidai məktəb müəlliməsi Ropp Bil əvvəlcə ödəmədiyi 155 min dollar olan kreditinə sadəcə göz bağlayırıdı: “Əvvəllər mən “başımı qumda gizlədirdim” və hətta tamamilə bunun reallıqdan uzaq olduğunu başa düşdükdə belə, özümü ərtafımdakı dünyanın rahat və xoşbəxt olduğu kimi aparırdım, – Ropp Bil deyir. – Lakin indi mən öz borclarımı tədricən  azaldıram və ola bilsin ki, beş ildən sonra onları tamamilə ödəyəcəm”.

Gerçəkliyi özü özündən gizlədərək, daxili narahatçılıqdan dəli olmaq olar, lakin gerçəkliyi yaxın adamdan gizlətmək bundan heç də az təhlükəli deyil.   Həyat yoldaşına münasibətdə səmimi olmaq lazımdır, – deyə əməkdaşlar üçün ailə cütlüklərinə məsləhət şirkətinin böyük terapevti  Linda Abrams israr edir. O, qeyd edir ki, “Tədqiqatlara görə, öz partnyoruna xərclər barədə yalan deməyə hər üçüncü şəxs meyillidir”.

Abrams cütlüyün hər birinin maliyyə davranışlarında şəxsi xüsusiyyətlərini başa düşmələrini və buna əsaslanaraq pul məsələlərində razılığa gəlməyi məsləhət görür.  “Bəzilərinə sabitlik lazımdır, digərləri risk etməyə meyillidirlər. Münasibətlərə daxil olaraq, insanlar əvvəlki təcrübələrini qiymətləndirməlidirlər, bu ancaq xərcləməyə və qənaət edib yığılmış pula aid deyil, bu eləcə də partnyorla münasibətdə səmimi yaxud qapalı olmağa da aiddir”, – deyə, ekspert məsləhət görür.

2. Daim problemlər barədə düşünməyin

Pis hadisələri “üz-üzə” qarşılamaq əlbəttə, vacibdir, lakin o da vacibdir ki, onlar barədə daim düşünməyəsiniz. Pəncərələrin yuyulması üzrə özəl biznes sahibi Maykl Tomas paralel olaraq ümumilikdə 450 min dollar məbləğində istehlakçı və ipoteka kreditlərinin “xoşbəxt” sahibidir. 2009-cu ilin qışı olduqca sərt keçdi, bu səbəbdən biznes xeyli az gəlir gətirirdi, Tomas isə özünü borclara görə “gəmirirdi”. “Mən təxminən 10 kq kökəlmişdim, demək olar ki, yatmırdım və özümü hər zaman üzərimə götürdüyüm öhdəlikləri yerinə yetirə bilməyən, bəxtsiz insan hiss edirdim”,- deyə o xatırlayır.

Bundan başqa, Tomas onu pis xəbərlərdən qorumaq barədə düşünərək, işlərin həqiqi vəziyyətini öz həyat yoldaşından gizlədirdi, lakin həyat yoldaşı üçün də asan deyildi: “Mən daim pis əhval-ruhiyyədə idim və mənim həyat yoldaşım bundan yorulmuşdu. Lakin sonra biz ailə maliyyəsini daha açıq müzakirə etməyə başladıq və indi problemləri vahid bir komanda kimi həll edirik”.

3. Həyat sevinclərini unutmayın

Vaxtınızı xoş və rahat keçirmək üsulları tapın. Elizabet Karll deyir: “Sizin canınıza və ruhunuza güc verə bilən hər cür məşğələ buna münasib ola bilər, istər meditasiya yaxud fiziki hərəkətlər olsun. Qohumlarınızla və yaxınlarınızla ünsiyyətdə olun. Əlbəttə borclarla mübarizə apardığınız zaman məzuniyyət barədə düşünmürsüz, lakin məzuniyyətə alternativ variantlar axtamağa dəyər”.
Məsələn, yayda Ropp Bil arxasında çanta ilə öz ştatına səfərə çıxır və səfərdə onu “hava və qayıqda üzməkdən başqa” heç nə maraqlandırmır.

4. Borcu tamamilə ödəyin

Borclardan qurtamaq üçün dəqiq plan qurun, bu yaxşı əhval-ruhiyyə olmasının əsas şərtlərindən biridir.  “Problemin həlli üçün nəyin isə edilməsini başa düşmək “tunelin axırında işıq” görməyə kömək edir, – deyə Karll qeyd edir. – Ümidvar olmaq depressiya və həyəcanla mübarizədə çox vacibdir”.

Sizin maliyyə planınız hər şeyi xırdalıqlarına kimi nəzərə almamalıdır, ən əsası onun real tələbatlara uyğun olmasıdır. Tomas deyir: “Hər ayın əvvəlində biz həyat yoldaşımla hansı ödəmələrin yerinə yetirilməsini və hansılarında qənaət etməyimizi müzakirə edirik. Biz kreditləri, əsasən də daha çox baha olanları, kifayət qədər tez ödəyirik. Və indi xərclərə başqa cür baxırıq: biz nəyi istəməyimizlə nəyin bizə lazım olması arasında olan fərqi başa düşürük”.

Əhvalınız necədir?

Creditcards.com öz oxucularından borclarla əlaqədar özlərini necə hiss etdiklərini soruşmuşdu. 28 sentyabra sorğu keçirilənlərin 33%-i hər şeyin pis olması və onlara yardım olmasına ehtiyacları olduqlarını demişdilər. 22% hesab edirdi ki, onların borcları çoxdur, lakin onları ödəmək kifayət qədər realdır.

Daha 33% öz vəziyyətlərini “qənaətbəxş” xarakterizə etmişdi, 12% isə sadəcə borcları olmadığını demişdilər. Lakin respondentlərdən heç kim “Mən artıq bütün borclarımı ödəmişəm və özümü əla hiss edirəm” bəndini seçməmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər