25 C
Baku
Saturday, June 15, 2024

Borcların qaytarılması ilə məşğul olan şirkətə əlavə maya qoyulur

“BOA AGENCY” ASC-nın səhmdarların ümumi yığıncağının 18.08.2023-cü il tarixində saat 11:00-da Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) növbədənkənar iclası keçiriləcəkdir.

Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “BOA AGENCY” ASC-nın nizamnamə kapitalının artırılması.

2. Digər məsələlər.

Qeyd edək ki, ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək hüquqşünasdan əldə edə bilərsiniz.

“BOA  Agentliyi” MMC  2011-ci ildə yaradılıb. Şirkətin  əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir.

“BOA Agency” ASC-nin səhmdarları Yadulla Yusifov (50%) və Rüstəm Hacıyevdir (50%).

Son xəbərlər
 ⁠
Digər xəbərlər