15 C
Baku
Friday, April 26, 2024

Boris Conson “Brexit” prosesi üzərində nəzarəti itirdi

Böyük Britaniyanın qanunvericiləri müqaviləsiz “Brexit” in qadağan edilməsini nəzərdə tutan yeni qanun layihəsini qəbul ediblər və bu, ölkənin baş naziri olan Boris Consonun planlarını alt-üst edib.

Banker.az bu barədə CNBC-ə istinadən xəbər verir.

İngiltərə parlamentinin aşağı palatasının deputatları çərşənbə günü yeni qanun layihəsini qəbul ediblər, hansıki “Brexit” in 2020-ci il yanvarın 31-ə qədər təxirə salınmasını nəzərdə tutur. 327 deputat bu sənədin qəbul edilməsinin lehinə, 299-u isə əleyhinə səs verib.

“Conson nəzarəti itirib”, – çərşənbə günü Daiwa Capital Markets-in iqtisadçıları olan Kris Şikluna və Emili Nikol qeyd ediblər.

Xatırladaq ki, daha əvvəl Boris Conson “Brexit” prosesini cari ilin 31 oktyabr tarixinə qədər başa çatdırmağı vəd etmişdir.

Qanunvericilər tərəfindən dəstək ala bilməyən nazir, 15 oktyabra qədər yeni seçkilərinin keçirilməsini xahiş edib, lakin burada da dəstək ala bilməyib.

Baş nazir seçkilərin keçirilməsini təmin etmək üçün digər vasitələrə əl ata bilər. Əgər müqaviləsiz “Brexit” ideyası gələn həftə dəstəklənsə, Leyborist partiyası seçkiləri keçirməyə razı ola bilər və bu, 15 oktyabra qədər baş tuta bilər, deyə J.P. Morgan-ın iqtisadçısı qeyd edir.

Conson 31 oktyabr seçkilərində qalib gələrsə (qeyd edək ki, hal-hazırda Mühafizəkarlar partiyası liderlik edir), baş nazir müqaviləsiz “Brexit” i qadağan edən qanun layihəsini ləğv edə bilər.

Goldman Sachs Böyük Britaniyanın Avropa İttifaqından çıxması ehtimalını 20%-dən 25%-ə qədər artırıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər