6 C
Baku
Sunday, December 15, 2024

Boris Conson məzuniyyətini yarımçıq qoyaraq Londona qayıdıb

Böyük Britaniyanın Baş naziri Liz Trassın istefası ilə əlaqədar hökumətin keçmiş başçısı Boris Conson Karib adalarında məzuniyyətini yarımçıq qoyaraq Londona qayıdıb.

Onun baş nazir postu uğrunda mübarizə aparacağı gözlənilir.

Məlumata görə, onun yenidən baş nazir olmaq şansı çoxdur.

Bildirilib ki, hökumət başçısı olmağa əsas namizədlər arasında keçmiş maliyyə naziri Ruşi Sunak və 2019-cu idə krallıq tarixində ilk qadın müdafiə naziri olmuş Penni Mordauntun da adları hallanır. Penni Mordaunt Mühafizəkarlar Partiyasının yeni lider axtarışına başladığını qeyd edərək namizədliyinin irəli sürülməsini istəmədiyini söyləyib.

Böyük Britaniyanın indiki müdafiə naziri Ben Uolles isə namizədliyini irəli sürməyərək hələ ki Boris Consonu dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Liz Trass oktyabrın 20-də iqtisadi proqramını həayata keçirə bilmədiyi üçün istefa verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər