22 C
Baku
Monday, May 27, 2024

Boris Conson: “Zelenski Donbas məsələsində maksimalist mövqe tutur”

“Dünya liderləri Ukraynadakı hadisələrə Kiyevə silah tədarükünü davam etdirməklə cavab verməlidirlər”.

“Reuters” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson söyləyib.

Hökumət başçısı rəsmi Moskva ilə Kiyev arasında danışıqların uğurla başa çatması ehtimalına şübhə etdiyini bildirib:

“Mən ukraynalıların danışıqlar masasına keçib razılığa gələ biləcəklərini təsəvvür edə bilmirəm. Ayağın ağzında olan timsahla necə danışıqlar apara bilərsən? Ukrayna tərəfi məhz belə çətin durumdadır”.

B.Conson həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski maksimalist mövqe tutur, çünki o, Donetsk və Luqansk vilayətlərinin ərazisinin Rusiya qoşunlarından azad edilməsinə nail olmaq istəyir:

“Əgər mən onu düzgün anlayıramsa – onunla tez-tez danışıram – Ukrayna Prezidentinin nöqteyi-nəzəri Rusiya qüvvələrinin Donetsk və Luqanskdakı mövqelərini tərk etməyə məcbur edilməsindən ibarətdir. Bu, yetərincə maksimalist fikirdir. Krım məsələsində o, bu qədər maksimalist deyil”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər