12 C
Baku
Tuesday, May 7, 2024

Borrell Mirzoyanla danışdı

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı baş tutub.

Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti Ofisi məlumat yayıb.

Bildirilib ki, bu gün baş tutan telefon danışığı zamanı Ali Nümayəndə Aİ-nin mülki missiyasının yerləşdirilməsi üçün davam edən texniki hazırlıqlar haqqında məlumat verib və bu missiyanın tez zamanda regiona gəlişini təmin etmək üçün Aİ -yə üzv dövlətlərlə əlaqə qurmaq əzmini vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər