3 C
Baku
Saturday, December 14, 2024

Böyük Banklardan müştərilər üçün böyük jest –bu davamlı olacaqmı?

Bildiyiniz kimi, 1 yanvar 2015-ci il tarixindən etibarən fiziki şəxslərin banklardakı əmanətlərinə hesablanan faiz gəlirlərindən vergi tutulur. Vergi Məcəlləsinə edilmiş bu dəyişikliyə görə, 500 AZN-dən aşağı gəlirlər vergidən azaddır. Misal üçün, əgər siz hər hansı bir banka 30 min manat həcmində əmanət qoysanız,o zaman sizdən ildə 300 manat gəlir vergisi tutulacaqdır.

Depozitlərdən faiz tutulması ilə əlaqədar,  banklar müştəri məmnunluğu nümayiş edərək, əhali üçün tədbir görüblər. Yəni  banklar verginin tutduğu faizləri öz üstlərinə götürüblər. Hazırda ölkədə əhali üçün bu jesti Unibank və YapıKredi Bank edib.

Depozitlərdən faiz tutulması ilə əlaqədar Unibank isə bir neçə gün öncə depozit faizlərində artım edib. Bu da bank əmanətlərin vergi faizlərini üstünə götürmüş hesab olunur.

Bankın faizlər ilə bağlı etdiyi dəyişikliyə əsasən,  Unibanka əmanət yerləşdirən şəxslər 1-3 il müddətinə dollarla olan depozitlərini illik 10-14%-lə yerləşdirə biləcəklər. Bu da o deməkdir ki, əvvəlki şərtlərlə müqayisədə “Müddətli” əmanət növü üzrə faizlər 1,5%-dək yüksəlib. Hazırda Bankda “Müddətli”, “Proqressiv” və “Yığım” növü olan əmanətlər mövcuddur. Hər depozitdən asılı olarda faizlər fərqli dəyişir

YapıKredi Bank, banklara yerləşdirilən əmanətlər ilə bağlı kampaniyaya start verib. Kampaniya şərtlərinə görə, əgər siz 22 yanvar-28 fevral tarixləri arasında illik 7500 manata qədər əmanət yerləşdirsəniz,  sizin əmanətinizin vergilərini Bank özü qarşılayacaqdır.

Belə ki, bank kampaniya 1 illik 7500 manata qədər yerləşdirilən əmanətlər üçün keçərli olacaq. Kampaniya müddətində yerləşdirilən, lakin vaxtından öncə çıxarılan/ləğv edilən əmanətlər üçün bu kampaniya tətbiq olunmayacaq və həmin əmanətlərə ödəniləcək faiz dərəcəsi illik 0.25% olacaqdır.

Həmçinin, Nikoil Bank da depozitə qoyulan məbləğlərdən tutulan vergi faizini nəzərə alaraq müştərilər üçün yeni TaxFree əmanət növünü təklif edir. Bu əmanət növünün şərtlərinə əsasən siz, pulunuzu milli valyuta ilə 11%,xarici valyutayla isə (dollarla) 10%-lə yerləşdirə bilərsiniz. Əmanətin müddəti isə, istəyinizdən asılı olaraq 1 vəya 2 il müddətindədir. Əmanət yerləşdirməyiniz üçün ilkin məbləğ isə 5 000 AZN/USD-dır. Bankın bu əmanət növünü təklif etməsində əsas məqsədi isə sizi gəlir vergisindən azad etməkdir. Yəni, TaxFree əmanətinə pulunuzu yerləşdirdiyiniz zaman sizdən heç bir gəlir vergisi tutulmayacaqdır.

Son xəbərlər
Digər xəbərlər