25 C
Baku
Saturday, July 27, 2024

Böyük Britaniya 11 rusiyalıya sanksiya tətbiq etdi

Böyük Britaniya kiberhücumlara görə 11 rusiyalıya qarşı sanksiya tətbiq edib.

Tədbirlər ABŞ-la razılaşdırılaraq həyata keçirilib.

Böyük Britaniyanın Maliyyə Sanksiyaları Təşkilatından verilən açıqlamaya görə, rusların Britaniya xəstəxanalarına və kritik infrastruktura, o cümlədən yerli hakimiyyət orqanlarına, müəssisələrə və məktəblərə kiberhücumların təşkilində əli olduğu müəyyən edilib. London hesab edir ki, hakerlər Trickbot və Conti kiber qruplarının üzvləridir.

Dərc olunmuş siyahıdakı vətəndaşların Böyük Britaniyaya girişi qadağandır və aşkar edilərsə, onların aktivləri dondurulacaq.

Son xəbərlər
Digər xəbərlər