15 C
Baku
Saturday, April 20, 2024

Böyük Britaniya hərbi gəmilərini Qara dənizə göndərə bilər

Böyük Britaniya və müttəfiqləri Ukraynanın taxıl daşıyan yük gəmilərini müşayiət etmək üçün öz hərbi gəmilərini Qara dənizə göndərə bilər.

Banker.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat verib.

Bildirilir ki, yaxın həftələrdə Odessadan Bosfor boğazı vasitəsilə Ukrayna ərzaq məhsullarının ixracı üçün dəniz dəhlizi yaradıla bilər.

Nəşr diplomatik mənbəyə istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bu təşəbbüsü dəstəkləyir, lakin belə planın həyata keçirilməsi üçün çox güman ki, ABŞ-ın razılığı tələb olunacaq. Məlumata görə, təkcə Odessadan deyil, həm də Nikolayev limanından çıxan gəmilərin müşayiəti barədə danışmaq olar. Nəşr yazır ki, bu təklifi dəstəklərənlər koalisiyasına NATO ölkələri, həmçinin taxılın bahalaşmasının ciddi çətinliklər yaratdığı Misir daxil ola bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər