1 C
Baku
Saturday, December 14, 2024

Böyük Britaniya işsizliklə mübarizə planını təklif etsə də, kütləvi ixtisarlara hazırlaşır

Böyük Britaniya hökumətinin pandemiyadan sonra iş yerlərinin “qorunması, dəstəklənməsi və yaradılması” planına (37,8 milyard dollarlıq) baxmayaraq, rəhbərlik kütləvi ixtisarların qaçırılmaz olduğunu qəbul edir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xəzinədarlığın kansleri Rişi Sunak qeyd edir ki, bu həftə işsizlərə kömək üçün bir milyard funt sterlinq vəsait xərclənəcək. Eyni zamanda, mütəxəssis insanların işə qayıtmasını və iqtisadiyyatın ən çox zərər çəkmiş sahələrində xərcləmələri canlandırmağı təşviq etmək üçün yeni dəstək tədbirlərini açıqlayıb.

Bu açıqlamalardan bir gün sonra ölkənin ən böyük iki pərakəndə satıcısı “Boots” aptek şəbəkəsi və “John Lewis” univermaqı 5 mindən çox iş yerini ixtisar edəcəklərini bildirdilər.

İşdən çıxarılmanın sürəti və miqyası Britaniya hökumətinin qarşılaşdığı problemi göstərir: pandemiyanın iqtisadi nəticələrinin aradan qaldırlmasına yanaşmanın dəyişildiyini və bunun fəsadları. Belə ki, dörd ay əvvəl Rişi Sunak İngiltərə iqtisadiyyatının böhranın ən pis dövrünün öhdəsindən gəlməsi üçün “lazım olan hər şeyi” edəcəyini söyləmişdir. Mart ayında elan edilən proqramların ümumi dəyərinin 160 milyard funt sterlinqə çatacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər