1 C
Baku
Saturday, December 14, 2024

Böyük Britaniya parlamenti buraxılıb

Cümə axşamı, mayın 30-da Böyük Britaniyada parlament rəsmi olaraq buraxıldı.

Bu barədə qanunverici orqanın saytında məlumat verilib.

Mövcud qaydalara görə, parlament bu il iyulun 4-nə təyin edilmiş səsvermə gününə 25 iş günü qalmış buraxılmalıdır. Hazırda İcmalar Palatasının bütün üzvləri istefa veriblər və artıq öz seçicilərini təmsil etmirlər. İstənilən halda onlardan hər hansı biri yenidən namizədliyini irəli sürə bilər.

Eyni zamanda, Lordlar Palatasının üzvləri – Böyük Britaniya parlamentinin yuxarı palatası – seçilmədikləri üçün, lakin baş nazirin tövsiyəsi ilə kral tərəfindən təyin olunduqları üçün öz vəzifələrini saxlayırlar.

Qanuna görə, Böyük Britaniya ən azı beş ildə bir dəfə ümumi seçkilər keçirməli və yeni Parlament seçməlidir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər