17 C
Baku
Friday, April 19, 2024

Böyük Britaniyanın dövlət borcu ÜDM-nin 100%-nə bərabər olub

Böyük Britaniyanın dövlət borcu ölkənin aprel ayındakı iqtisadi istehsalın 100%-nə bərabər olub. Banker.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.

Təkcə aprel ayında İngiltərə 62,1 milyard funt sterlinq (75,8 milyard dollar) borc alıb və bu, proqrozlaşdırılandan əhəmiyyətli dərəcədə çoxdur.

Mart ayında borc vəsaitlər demək olar ki, 15 milyard funt sterlinqə çatmışdır. Qeyd edildiyi kimi, bunun əsas səbəbi Böyük Britaniya hökumətinin iqtisadi böhran şəraitində iş yerlərini saxlamaq cəhdi idi.

Milli Statistika İdarəsinin (ONS) verdiyi məlumata görə, bu, 1963-cü ildən bəri ən yüksək göstəricidir. Ötən ilin aprel ayında Böyük Britaniyanın dövlət borcu ÜDM-nin 80%-ni təşkil etmişdir.

“İqtisadi fəallığın kəskin düşməsi və hökumətin böhrana reaksiya göstərməsi bizi daha çox borc götürməyə məcbur edib”, – “Capital Economics” in iqtisadçısı Rut Greqori bildirir.

“Mayın 13-də karantin rejiminin sadələşdirilməsi, hökuməti aprel ayında olduğu kimi bu ay da borc almağa məcbur edir”, – mütəxəssis qeyd edir.

Qeyd edək ki, aprel ayında satışlar ötən ay ilə müqayisədə 18,1% azalıb. Bu, 1988-cı ildən bəri qeydə alınan ən böyük azalmadır.

Satışdakı kəskin azalma Covid-19 ilə mübarizə çərçivəsində tətbiq olunan karantin tədbirlərinin təsirini əks etdirir. Bununla birlikdə, bu ay mağazaların tədricən açılması bu sahənin bərpa olunmasına ümid verir.

Son xəbərlər
Digər xəbərlər