Ölkənin xaricə ən çox şərab ixracatçısı “Abşeron-Şərab” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Bu barədə Banker.az Şirkətin İdarə Heyətinin açıqlamasına istinadən xəbər verir.
25 oktyabr 2021-ci il saat 11.00-da planlanan iclasın gündəliyinə cəmiyyətin 2020-ci ildə fəaliyyəti haqqında illik hesabatının təsdiqi, yenidən təşkil qaydasında qapalı səhmdar cəmiyyətinə çevrilməsi, nizamnaməsinin təsdiqi, idarə heyəti üzvlərinin və sədrinin seçilməsi, audit komitəsi üzvlərinin seçilməsi, direktorlar şurası üzvlərinin seçilməsi kimi məsələlər daxil edilib.
Abşeron-Şərab 1999-cu ildə yaradılıb və 263 min nizamnamə kapitalına sahibdir. Şirkətin zavodunda şərab, brendi, araq və s. alkoqollu içkilər istehsal edilərək xaricə ixrac edilməkdədir. “Sultan”, “Mədrəsə”, “Çinar”, “Ağ Süfrə” şərabları, “Abşeron”, “Bakı”, “Kəpəz”, “Göy-Göl” markalı konyaklar yerli bazar ilə bərabər Rusiya və Belarusya bazarına yönəldilir.