6 C
Baku
Sunday, December 15, 2024

BP Azərbaycanda sosial layihələrə xərclərini 3 dəfə artırıb

Bu ilin birinci yarısında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,5 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.

Bu barədə “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 2 dəfə azdır.

Bu layihələrə hazırda davam edən 16 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə təxminən 0,9 milyon ABŞ dolları vəsait xərcləyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 milyon ABŞ dolları və ya 3 dəfə çoxdur. Bu layihələrə hazırda davam edən 15 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 6 konfrans və seminara, yəni ümumilikdə 27 layihəyə dəstək fəaliyyəti daxildir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər