5 C
Baku
Saturday, December 14, 2024

BP: Şist neftin bazara təsiri məhduddur

Şist neft hasil edən ABŞ şirkətlərinin qlobal neft bazarına təsiri məhduddur. “Financial Times”a istinadən, bu açıqlamanı BP şirkətinin baş direktoru Robert Dadli (Robert Dudley) verib.

Dadli bildirib ki, şist neft hasilatının perspektivləri barədə nikbin fikirlər daha ehtiyatlı qiymətləndirmə ilə əvəzlənib. Hasilatın texnologiyası və müxtəlif geoloji formasiyaların xüsusiyyətləri bunu deməyə əsas verir.

Yaxın 10 ildə neftə tələbat artmağa davam edəcək və ümumiyyətlə, dünya iqtisadiyyatının karbohidrogenlərə ehtiyacı hələ uzun illər davam edəcək: “Perm hövzəsində şist neft yataqlarının işində çatlaqların əmələ gəldiyini görürük. Düşünmürəm ki, ABŞ-ın şist neft şirkətləri neft bazarının sabitləşməsi üçün ideal istehsalçıdır. Bir an bu sektorun perspektivləri məni narahat etsə də, indi onların dayanıqlı inkişaf edəcəyini düşünmürəm”.

R.Dadli həmçinin bildirib ki, “investisiyaların azalmasının neft qiymətlərini kəskin artıracağını da düşünmürəm. Yaxın 10 ildə əhalinin sayının artması fonunda neftə tələbat artmağa davam edəcək. Sonra isə tələbat getdikcə azala bilər. Neftə ehtiyac hələ bu əsrin ikinci yarısına qədər davam edəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər