6 C
Baku
Sunday, December 15, 2024

BP xərclərini azaldır

BP şirkəti xərclərini azaldaraq növbəti ildə neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından aşağı olması halında da mənfəət əldə etmək niyyətindədir.

“Reuters” agentliyi xəbər verir ki, bu barədə BP-nin Baş icraçı direktoru Bernard Luni bildirib.

O qeyd edib ki, şirkət neftin qiymətindəki azalma səbəbindən 2020-ci il üzrə xərclərini 25% azaldaraq 12 mlrd. ABŞ dolları olacağını, hətta əlavə olaraq 1-2 mlrd. dollar məbləğində də azalma ola biləcəyini elan edib.

BP-nin rəhbəri qeyd edib ki, koronavirus səbəbindən II rübdə gündəlik qlobal neft tələbatının 15 mln. barel azalacağı gözlənilir.

©Report

Son xəbərlər
Digər xəbərlər