13 C
Baku
Wednesday, May 8, 2024

“Brand Credit” BOKT ötən il kiçilib, mənfəəti və gəlirləri azalıb

“Brand Credit” BOKT MMC 2022-ci ili 384 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 575 min manat olub ki, bu da illik müqayisədə 33% azalma deməkdir.

Banker.az bu barədə BOKT-un hesabatına istinadən xəbər verir.

Ötən il “Brand Credit” BOKT-un faiz gəlirləri 1 milyon 670 min manat (əvvəlki ilə nisbətən 1.3 dəfə azalma), faiz xərcləri 328 min manat (11% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 4 milyon 682 min manat olub ki, bu da illik müqayisədə 12% azdır. Bunun 3 milyon 954 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 5% kiçilib.

Hesabat dövründə “Brand Credit”in öhdəlikləri 2 milyon 883 min manatdan 2 milyon 593 min manata düşüb, kapitalı isə 2 milyon 415 min manatdan 2 milyon 90 min manata çatıb,

Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1.9 milyon manatdır. Təsisçiləri isə Əli Hüseynov, Yeganə Vəliyeva və Şəbnəm Vəliyeva olub.

31 32

Son xəbərlər
 ⁠
Digər xəbərlər