21 C
Baku
Friday, April 26, 2024

Bravo Supermarketlər şəbəkəsi daha 10 mln. manatlıq vəsait cəlb edir

29 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

31 mart 2022-ci il tarixində Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

23212132321

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər