Azərbaycanda “Bravo” supermarketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-nin maliyyə göstəriciləri açıqlanıb.
Banker.az xəbər verir ki, mağazalar şəbəkəsi 2020-ci ildə 512 milyon 916 min manat gəlir əldə edib. Şirkətin audit hesabatını tanınmış audit brenditnin Azərbaycandakı törəməsi “PwC Audit Azerbaijan” aparıb.
Azərbaycan Supermarket MMC audit hesabatını 2019-cu illə müqayisədə 28%, 2018-ci illə müqayisədə isə 2.2 dəfə artırmışdır.
Hazırda böyümək üçün investisiya ərəfəsində olan mağazalar şəbəkəsi təqdim etdiyi hər üç il üzrə zərər etdiyi məlum olub. 2018-ci ildə 43 milyon 646 min, 2019-cu ildə 41 milyon 776 min və 2020-ci ildə isə 46 milyon 929 min manat xalis zərər etdiyi açıqlanıb.
1 yanvar 2021-ci il tarixinə 465 milyon 462 min manat cəmi aktiv, 379 milyon 254 min manat öhdəliklərə, 86 milyon 208 min manat cəmi kapitala və 33 milyon 418 min manat pul vəsaitlərinə sahibdir.
“Azərbaycan Supermarket” MMC-nin 2000 manat nizamnamə kapitalı vardır.
“Azərbaycan Supermarket” MMC-nin 25% iştirak payı “İdeal Biznes Ko” MMC-yə, 25% iştirak payı “Yevro Standart” MMC-yə, 50% iştirak payı isə Mir Calal Paşayevə məxsusdur.