7 C
Baku
Thursday, December 12, 2024

“Bravo”nun istiqrazlarına 11 investor sifariş verib

31 mart 2022-ci il tarixində Bakı Fond Birjasında Bravo Supermarketlər şəbəkəsinin də daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin tədavül müddəti 3  təqvim ili olan AZ2003023523 dövlət qeydiyyat nömrəli, 10 mln. manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 1001.2735 (10.45%) və 1053.826 (8.45%) olan 14 sifariş təqdim edilmişdir.

Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1052.4731 (8.5%), orta ölçülmüş qiyməti 1052.6888 (8.4920%) müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 10.5 % , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18,784,000.00 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər