-1 C
Baku
Saturday, December 14, 2024

Braziliya 2024-cü ildə OPEC+ alyansına qoşulacaq

Braziliya 2024-cü ilin yanvarından OPEC+ alyansına qoşulacaq. Bu barədə neft ixrac edən ölkələr təşkilatının cümə axşamı, noyabrın 30-da keçirilən onlayn iclasından sonra məlumat verilib.

Bildirilir ki, qara qızıl istehsalını fəal şəkildə artıran respublika alyansın 24-cü üzvü olacaq. Dünənki iclasda ölkənin dağ-mədən və energetika naziri Aleksandr Silveyra iştirak edib.

Daha əvvəl OPEC+ alyansının üzvləri 2024-cü ilin əvvəlində gündəlik hasilatın 2 milyon barel azaldılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, Rusiya neft hasilatını gündəlik yarım milyon barel azaltmağa, Səudiyyə Ərəbistanı isə neft hasilatını könüllü olaraq gündəlik 1 milyon barel azaltmaq qərarını uzadıb.

Son xəbərlər
Digər xəbərlər